Skip to content Skip to footer

LEGEND BİLYARD KLUBU

Legend Bilyard Klubu son interyer dizayn yenilikləri ilə modern üslubunda təmir edilib. Klubumuz yüksək keyfiyyətli havalandırma və soyutma sistemi ilə təchiz olunub.

Legend Bilyard Klubunda 15 bilyard masası dəyərli müştərilərin xidmətindədir. Bunlardan 6-sı Belarusiya istehsalı olan “Ruptur” firmasının “Maqnat Lyuks 12 FT” modelli “Rus piramidası” masalarıdır. Xüsusi rənglə boyanmış, yüksək keyfiyyətli aksesuarlardan istifadə edilib.
9 ədəd dünyanın 1 nömrəli brendi olan “Rosson” firmasının “9ft Victory 2 Plus” modelli “Pool masa”ları və 1 ədəd “Rosson” firmasının istehsalı olan “Magnum 12 ft” modelli “Snokker” masamız yer alır.
Nəzərinizə çatdırmaq istərdik ki, Legend Bilyard Klubu təchizat və bilyard masalarının yüksək keyfiyyətinə görə rəqiblərini üstələyir.
Klubumuzda “Bilyard Məktəbi” də fəaliyyət göstərir. Dərslər Azərbaycanın fəxri və klubumuzun siması olan, Beynəlxalq dərəcəli idman ustası Seymur Məmmədov tərəfindən həyata keçirilir. İstər “Rus piramidası”, İstər “Pool”, istərsə də, “Snooker” və s. oyun növləri üzrə fərdi və qrup məşqlərimiz keçirilir.
Həmçinin klubumuzda yüksək göstəricili avadanlıqlarla təchiz olunmuş, peşəkar personalın xidmətinizdə durduğu mətbəx və bar mövcuddur. Kafe hissəmiz də fəaliyyət göstərir ki, qonaqlarımız yeməklərimizdən və içkilərimizdən yüksək zövq ala bilərlər.
Legend Bilyard Klubunun üstünlükləri sırasında şəhərin mərkəzinə yaxın yerdə yerləşməsi və geniş parkinq hissəsi də daxildir.

Təcrübə
8080+
Günlük müştəri
808080+
Yuxar覺